23 İyul 2026
Ölkə futbolu

“Qarabağ” – “Ferensvaroş” matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) oyununa satılan bilet sayı məlum olub.

İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna artıq 30 minə yaxın bilet satılıb.

“Qarabağ” – “Ferensvaroş” oyunu avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq. Səfərdəki ilk oyunda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43