20 İyun 2026
Dünya futbolu

“Fənərbağça” istədi, “Trabzonspor”a getdi

İspaniyanın “Valensiya” klubunun futbolçusu Maksi Qomes karyerasını “Trabzonspor”da davam etdirəcək.

İdmanxeber.az Qara dəniz təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, Trabzon klubu təcrübəli forvardla anlaşıb.

26 yaşlı hücumçu ilə imzalanacaq müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Maksi Qomes 2019-cu ildən “Valensiya”da çıxış edib. Uruqvaylı forvardla Türkiyənin digər təmsilçisi “Fənərbağça” da maraqlanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43