20 İyun 2026
Kateqoriyasız

“Qarabağ”a qarşı qorxaq yox, ehtiyatlı futbol oynayacayıq”

“Qorxaq yox, ehtiyatlı futbol oynayacayıq. Bəzi futbolçular təəssüf ki, bunları qarışdırırlar”.

İdmanxeber.az xəbər verir ki, bunu “Kəpəz”də baş məşqçisi səlahiyyətlərini icra edən Xaliq Mərdanov “Qarabağ”a qarşı keçirəcəkləri Misli Premyer Liqasının 5-ci tur oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.

O, rəqibin həddindən artıq güclü olduğunu bildirib:

“Digər klublardan fərqli futbol oynayırlar və Avropa futbolu nümayiş etdirirlər. Biz də çalışacağıq ki, əlimizdən gələni edək, rəqibə qarşı oyun nümayiş etdirə bilək. Əlimizi-qolumuzu yanımıza sallamayacağıq”.

Mərdanov görüşə itkilərlə çıxacaqlarını xatırladıb:

“Həm zədəli, həm də cəzalı futbolçularımız bizə kömək edə bilməyəcək. Qarşılaşmaya hazırlığımız yaxşı keçib. İlk günlər uşaqların əhval-ruhiyyəsi aşağı səviyyədə idi. Məğlubiyyətlərdən dolayı üzərlərində təzyiq vardı. Onlara motivasiya verməyə çalışdıq. İndi durumları daha yaxşıdır”.

Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43