Kateqoriyasız

“Milan” “Barselona”nın futbolçusunu transfer etdi

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, A Seriyası təmsilçisi “Barselona”nın sağ cinah müdafiəçisi Serjino Desti rənglərinə bağlayıb.

21 yaşlı futbolçu 2022/2023 mövsümünü icarə əsasında “Milan”ın heyətində keçirəcək. Son İtaliya çempionu 20 milyon avro ödəyərə ABŞ millisinin üzvünü birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, Serjino Dest “Barselona”ya 2020-ci ilin oktyabrında “Ayaks”dan transfer olunub. O, Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 72 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43