Kateqoriyasız

“Qarabağ” Vadjinin boşluğunu doldurmağa çalışır: Bu iki futbolçu…

İbrahima Vadjini “Sent Etyen”ə satan “Qarabağ” yeni hücumçu axtarılarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubunun maraq dairəsində olan futbolçular ya Azərbaycana gəlmək istəmir, ya da yüksək məbləğ tələb edirlər.

Adları “köhlən atlar”la hallanan “Şerif”in hücumçusu Momo Yansane və Avstriya “Rapid”inin futbolçusu Yusuf Demir məsələsi isə qapanıb. Daha doğrusu “Qarabağ” Yansane transferində müəyyən cəhdlər etsə də, bu uğursuz alınıb. Müqavilə ilə “Basrelona”ya məxsus Yusuf Demirin adı isə ümumiyyətlə klubun transfer siyahısında olmayıb.

Hazırda “Qarabağ” hücum və yarımmüdafiə xətti ilə bağlı bir neçə futbolçu ilə danışıqlar aparır.

Qeyd edək ki, bu gün Azərbaycanda transfer pəncərəsi bağlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43