Kateqoriyasız

“Kəpəz”də son durum: ikisi dəqiq, biri qeyri-dəqiq

“Kəpəz” “Qarabağ”la oyuna itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubunun heyətində ötən tur “Səbail”ə qarşı qırmızı vərəqə alan Tural Axundov və Rauf Əliyev olmayacaq.

Zədələnən Peyman Keşavarzinin durumunun isə yaxşı olduğu bildirilir. Onun “Qarabağ”a qarşı meydan olub-olmayacağı oyun saatında bilinəcək. Zədədən yeni dönən Yeqor Xvaldo isə həftəboyu fərdi hazırlıq keçib.

“Kəpəz” – “Qarabağ” görüşü bu gtün saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43