22 İyul 2026
Ölkə futbolu

“Fransa ilə oyunda nəticə qazana biləcəyimizə inanırıq” – Elvin Bədəlov

“Bildiyiniz kimi, sonuncu ev oyunumuzdur. Bilirik ki, Fransa millisi güclü rəqibdir. Amma oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərəcəyik. Nəticə qazana biləcəyimizə də inanırıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov Fransa matçı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bildiyim qədərilə stadion dolu olacaq. Azarkeşlərimiz sağ olsun. Mbappe gəlməsə də, Fransa millisinin ulduzları çoxdur. Komanda olaraq onlara qarşı hazırlaşırıq. Məncə, Mbappesiz daha çətin olacaq. Çünki onlar komanda olaraq daha ciddi olacaqlar. Biz sırf ona köklənmirik, Fransanı fikirləşirik. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43