Kateqoriyasız

“Hələ cütün taleyi həll olunmayıb” – “Fehervar”ın hücumçusu

“Nəticə “Qəbələ” ilə oyunun nə qədər çətin keçdiyini əks etdirmir”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Fehervar”ın hücumçusu Kenan Kodro Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə keçirilən ilk oyun barədə danışarkən deyib.

O, oyunun ilk hissəsinin planladıqları kimi keçmədiyini bildirib: “Çox top itirdik, rəqib də yaxşı pressinq edirdi. Əks hücumlarda təhlükəli idilər. İkinci hissədə isə daha kollektiv oynadıq. Yaxşı imkanlarımız oldu və qələbə qazandıq. Ancaq buna rəğmən, hələ də cütün taleyi həll olunmayıb. Azərbaycana da qələbə üçün gedəcəyik”.

Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43