“Kopenhagen”in kapitanı Tomas Delaney Çempionlar Liqasının II turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, danimarkalı futbolçu ilk hissədə zəif çıxış etdiklərini etiraf edib:
“Dürüst olmalıyıq, ilk hissədə çox pis oynadıq və daha çox qol buraxmadığımız üçün bəxtimiz gətirdi. Fasilədə nəyisə dəyişməli olduğumuzu danışdıq. Amma yenə də nəsə çatışmırdı və sonda da uduzduq”.

