20 İyun 2026
Dünya futbolu

İngiltərə klubu onun üçün 40 milyon tələb edir

“Sauthempton” Ceyms Uord-Prous üçün “Vest Hem”in 30 milyon funt-sterlinqlik təklifini qəbul etməyib.

İdmanxeber.az-ın məlumatına görə, klub ingiltərəli futbolçu üçün 40 milyon tələb edir.

“Çəkiçdöyənlər” bu məbləği ödəmək istəmir, bu onların son təklifi idi.

Ceyms 2011-ci ildən “Sauthempton”da çıxış edir. O, bu müddətdə 421 oyuna 57 qol vurub və 54 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43