20 İyun 2026
Ölkə futbolu

Konqolu futbolçu “Araz Naxçıvan”da – RƏSMİ

“Araz-Naxçıvan” konqolu futbolçu Elvis Maşikeni transfer edib.

İdmanxeber.az-ın məlumata görə, yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb.

Bu gün Bakıya gələn 29 yaşlı hücumameyilli oyunçu tibbi müayinədən keçdikdən sonra kollektivə qoşulub.

Qeyd edək ki, Elvis Maşike son olaraq Malta klubu “Xamrun Spartan”ın formasını geyinib. O, buna qədər Çexiya və Slovakiyanın “Jilina”, “Senitsa”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered” və “Banik Ruzina” komandalarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43