PSJ Marko Verrattinin 50-60 milyon avroya Səudiyyə Ərəbistanı ölkəsinə transferinə icazə verə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Hilal” və “Əl-Əhli” italiyalı yarımmüdafiəçi ilə maraqlanır. “İnter”lə son yoldaşlıq oyununda da meydana çıxmayan 30 yaşlı futbolçu klubu tərk etmək niyyətindədir.
Verratti 11 ildir PSJ-də çıxış edir. O, bu müddətdə 416 oyuna 11 qol vurub və 61 məhsuldar ötürmə edib.

