16 İyun 2026
Dünya futbolu

“İnter” gözünü Premyer Liqaya dikdi!

“Kristal Pelas”ın ingiltərəli müdafiəçisi Mark Gehi karyerasını A Seriyasına daşıya bilər.

İdmanxeber.az xəbər verir ki, “İnter” 25 yaşlı stopperin transferi üçün hərəkətə keçib. Klubun rəhbərliyi Gehini müdafiə xəttinə əsas gücləndirmə kimi görür.

Müqavilənin dəyəri təxminən 45 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm 12 oyunda 1 qol və 1 asistlə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43