26 İyun 2026
Dünya futbolu

“İnter”in müdafiəçisi Premyer Liqaya doğru

“İnter”in müdafiəçisi Yann Bisseki karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Kristal Pelas”la razılığa gəlib. 24 yaşlı futbolçu üçün Premyer Liqa klubu 30 milyon avrodan çox ödəməyə hazırdır.

“İnter” daha əvvəl “Vest Hem”in 20 milyon avroluq təklifini rədd edib.

Bissek ötən mövsüm 46 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43