“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə keçirəcəyi hər iki oyuna hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasındakı ilk matçı Slovakiyadan olab hakimlər briqadası idarə edəcək. Görüşün əsas referisi İvan Kruzliakdır.
Cavab qarşılaşması isə Niderlanddan olan hakimlərə tapşırılıb.
Matçı Denni Makkeli idarə edəcək. Ona Hessel Steeqstra və Yan de Vries köməklik edəcəklər.
Qeyd edək ki, komandalar arasında avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma isə saat 20:00-da başlayacaq.

