“Latsio”nun prezidenti Lotito transferlər barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri danışıq aparıdıqları bir neçə futbolçunun olduğunu bildirib:
“Mançester Yunayted”lə Fred üçün danışıqlar aparmağa hazır idim, lakin Mauritsio Sarri mənə “yox” dedi. Həmçinin o, Lo Selsonu da istəmədi. Sarri yarımmüdafiə üçün Zelinski və Riccini istəyir.”
Xatırladaq ki, “Latsio” bu mövsüm Çempionlar Liqasında çıxış edəcək.

