20 İyun 2026
Dünya futbolu

İtaliya və İspaniya çempionatı yenidən Azərbaycanda canlı yayımlanacaq

Futbol üzrə Avropanın aparıcı liqaları növbəti mövsüm də Azərbaycanda canlı yayımlanacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “CBC Sport” A Seriyası ilə yanaşı, İtaliya kubok oyunlarını da canlı yayımlamağı düşünür. Hazırda bu istiqamətdə işlər gedir və böyük ehtimal müsbət nəticə əldə ediləcək.

Bunlarla bərabər, kanal rəhbərliyi növbəti mövsüm də İspaniya La Liqasını yayımlamaq niyyətindədi. Artıq qarşı tərəflə danışıqlar başlanılıb.

Tərəflər arasında ilkin razılıq var. Əgər son dəqiqədə gözlənilməz bir hal yaşanmasa, İspaniya çempionatı gələn mövsüm də “CBC Sport”da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43