06 İyun 2026
Ölkə futbolu

“Karvan-Yevlax” – “Kəpəz” oyununun baş hakimi dəyişdirildi

Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi Elçin Məsiyev zədələndiyi üçün “Karvan-Yevlax” – “Kəpəz” görüşünün baş hakimi Rauf Cabarov olacaq. Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43