Ölkə futbolu

“Kəpəz” böyükhesablı qələbə qazandı

Qarşıdakı mövsüm öncəsi “Kəpəz” bu gün son yoxlama oyununu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, Bakıda məşq edən Gəncə təmsilçisi birinci divizionda çıxış edən “Şərurspor” ilə qarşılaşıb. 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında reallaşan oyun “sarı-göylər”in böyükhesablı qələbəsi ilə başa çatıb.

İlk yarıda Orxan Əliyev və Tural Qürbətov fərqlənib. Fasilədən sonra Julien Ebah dubl edib. Komandamızın beşinci qoluna Dario Frederiko imza atıb. Oyunun sonlarına doğru Orxan daha bir dəfə rəqib torunu silkələyərək son nöqtəni qoyub – 6:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43