Ölkə futbolu

“Lill” hücumçusu ilə yollarını ayırır

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Lill” bir futbolçusunu icarəyə göndərib. İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa təmsilçisinin hücumçusu Lenni Nangis “Bastiya”ya göndərilib.

 

Komandalar arasındakı razılığa əsasən, Nangis qarşıdakı mövsümü icarə əsasında “Bastiya”da keçirəcək.

 

Qeyd edək ki, 20 yaşlı futbolçu ötən mövsümdən “Lill”in formasını geyinir. O, bu komandanın heyətində Fransa çempionatında 10 oyunda iştirak edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43