23 İyun 2026
Dünya futbolu

Koreyalı futbolçu Premyer Liqa klublarının hədəfində

“Çelsi” və “Tottenhem” yay transfer dönəmində “Bavariya”nın müdafiəçisi Kim Min-Ceni heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, hər iki London klubu 29 yaşlı cənubi koreyalını əsas hədəflərdən biri hesab edir.

Futbolçunun müqaviləsi 2028-ci ilə qədər davam etsə də, “Bavariya” ciddi təklifləri dəyərləndirməyə hazırdır.

Kim bu mövsüm 23 oyunda 1 qol və 1 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43