“Roma” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Zeki Çelik komandanı tərk etməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi 29 yaşlı müdafiəçinin illik 4 milyon avro maaş tələbini qəbul etməyib və tərəflər razılığa gələ bilməyib.
Türkiyə millisinin üzvünün karyerasını “Yuventus”da davam etdirəcəyi bildirilir.
Zeki Çelik bu mövsüm “Roma”nın heyətində 31 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

