“Liverpul” fransalı hücumçu Huqo Ekitikeni transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubu artıq “Ayntraxt”ın futbolçusunun keçidi ilə bağlı danışıqlara başlayıb. Komandanın baş məşqçisi Arne Slot 22 yaşlı forvardın alınmasını tələb edir.
“Ayntraxt” hazırda Ekitike üçün rəsmi təklif almayıb. Klub onun qiymətini 100 milyon avro səviyyəsində müəyyən edib.

