Kateqoriyasız

“Liverpul” iki futbolçu ilə yolları ayırdı

“Liverpul” iki futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi Alberto Moreno və ingilis hücumçu Daniel Starric “qırmızılar”dan ayrılıb. Onların başa çatan müqaviləsi uzadılmayıb. Hər iki oyunçu azad agent statusuna yiyələnib.

Qeyd edək ki, Starric 2013-cü ildən, Moreno isə 2014-cü ildən “Liverpul”da çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43