“Liverpul”un 18 yaşlı müdafiəçisi Covanni Leoni ağır zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, italyan futbolçunun dizində çarpaz bağ yırtığı aşkarlanıb və onun 7–9 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Leoni sentyabrın 23-də “Sauthempton”la Liqa Kuboku oyununda (2:1) debüt etdiyi matçda sıradan çıxıb.
Qeyd edək ki, gənc futbolçu bu yay “Parma”dan 35 milyon avroya transfer olunmuşdu.

