Kateqoriyasız

Məktəblilərin intellekt liqasına start verilir

Məktəblilər arasında intellekt liqasına start verilir.

“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, layihənin əsas məqsədi məktəblilər arasında intellektual oyunlara marağı artıraraq şəbəkələşməni təmin etmək, gənclərin intellektual bilik və bacarıqlarını daha da möhkəmləndirmək, habelə asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.
“Nə? Harada? Nə zaman?” formatında keçiriləcək liqa oyunları 5 turdan ibarət olacaq və iştirakçılar 4-6 nəfərlik komandalar halında yarışacaqlar. Hər turun qalib komandası şəhadətnamə, 5 turun sonunda ümumi xal hesabında qalib gəlmiş komanda isə müxtəlif dəyərli hədiyyələrlə təltif ediləcək.

Layihənin “İrəli” İctimai Birliyi, “Dərs Evi” tədris mərkəzi və “3 sual” intellektual oyun platformasının birgə təşkilatçılığı ilə həyata keçirildiyi bildirilib.

Layihədə iştirak etmək istəyən məktəblilər üçün qeydiyyat 15 sentyabr, saat 18:00-dək davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43