Kateqoriyasız

“Neftçi” İtaliya klubunu belə məğlub etdi – Video

“Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ikinci oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, komanda C qrupundakı “Lodicani” ilə görüşüb. Matç təmsilçimizin 1:0 hesablı qələbəsiylə nəticələnib. Qələbə topunu ikinci hissə başlayan kimi – 31-ci dəqiqədə Murad Məmmədov vurub. “Neftçi” ilk matçında İtaliya nəhənglərindən olan “Roma”ya minimal hesabla uduzmuşdu.

Onu da bildirək ki, İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbağça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43