Kateqoriyasız

Mahir Emrelidən sevindirici xəbər

Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini sağaldıb.

İdmanxeber.az-ın məlumatına görə,  “Dinamo”nun forvardı artıq komanda ilə məşqlərə başlayıb. Onun baş məşqçi Ante Çaçiçinin şans verəcəyi təqdirdə, iyulun 23-də “Slaven”lə səfər qarşılaşmasında meydanda ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, “Slaven” – “Dinamo” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43