12 İyun 2026
Ölkə futbolu

Matça doğru: “Zirə”də üç, “Şamaxı”da bir itki 

Misli Premyer Liqasının V turunda “Zirə” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi iki komandada itkilər var. Qəsəbə təmsilçisində diz bağları qopan Abdul Aziz Batibye, Vinsent Till və Fuad Bayramov zədəlidir. Məşqlərə başlayan Rövlan Muradovun meydana çıxıb-çıxmayacağına isə oyun saatında qərar veriləcək.

“Şamaxı”da isə cəmi bir itki var. Edqar Adilxanov zədə səbəbindən bugünku matçda çıxış edə bilməyəcək.

Xatırladaq ki, qarşılaşma 18:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43