İtaliya millisinin və “Milan”, “Atalanta”, “Yuventus” kimi klubların sabiq müdafiəçisi Mattia Kaldara futbol karyerasını bitirib.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı oyunçu diz zədəsindən sonra yaşadığı uzunmüddətli problemlər və psixoloji çətinliklər səbəbindən futboldan ayrıldığını bildirib.
Kaldaranın son klubu “Modena” olub.

