Kateqoriyasız

Millimizin sabiq hücumçusu Almaniya klubunda

Azərbaycan millisinin sabiq hücumçusu Cihan Özkara karyerasını Almaniyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı forvard “Rot Vays Ahlen” klubu ilə anlaşıb. Futbolçu Oberliqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Özkara “Sivasspor”, “Kayseri Erciyesspor”, “Simurq”, “Verl”, “İstanbulspor”, “Afyonspor”da da çıxış edən Özkara Azərbaycan millisində18 matça çıxıb və bir qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43