Kateqoriyasız

“Sumqayıt” bosniyalı hücumçu ilə anlaşdı

Bosniya və Herseqovinalı hücumçu Almir Aganspahiç karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “Çukariçki”nin oyunçusu “Sumqayıt”la razılığa gəlib. O, “Kimyaçılar”da icarə əsasında çıxış edəcək.

Aganspahiç ötən mövsümün ikinci yarısında “Novi Pazar”dan “Çukariçki”yə gəlib. O, bu müddətdə 14 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43