“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraes karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, futboloçu “Real”ın hədəfindədir. 24 yaşlı futbolçu komandadan ayrılmaq ehtimalı olan Kasemironun yerinə alternativ kimi görünür.
Lakin baş məşqçi Eddi Xaun oyunçunun ayrılmasına müsbət yanaşmır. İngiltərəli mütəxəssis Gimaraesin heyətin vacib futbolçularından olduğunu düşünür.
Qeyd edək ki, “Nyukasl” braziliyalını bu ilin yanvarında 42 milyon avro qarşılığında “Lion”dan transfer edib.

