“Fənərbağça” heyətini yeni oyunçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, İtaliyanın “Sassuolo” komandasında çıxış edən Mert Müldürlə razılığa gəlinib.
Türkiyə millisinin üzvünün yaxın vaxtda İstanbulda olacağı vurğulanıb. Müqavilənin detalları barədə açıqlama verilməyib.

