23 İyun 2026
Ölkə futbolu

“Sabah” – RFŞ matçına nə qədər bilet satılıb?

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Sabah” doğma meydanda RFŞ klubunu qəbul edəcək.

İdmanxeber.az-a verilən məlumata görə, “Bank Respublika Arena”da baş tutacaq görüşə 3 minə yaxın bilet satılıb. Hazırda da satışların davam etdiyi bildirilir. 

Paytaxt təmsilçisi dünən sosial şəbəkə hesabından etdiyi paylaşımda bilet satışlarının Masazırda da başladığını bildirib.

Xatırladaq ki, “Sabah” ilk matçda Latviya klubunu səfərdə 2:0 hesabı ilə məğlub edib. Cavab görüşü isə avqustun 3-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43