Dünya futbolu

Modriç Ronaldonu geridə qoydu

“Real”ın dünən “Selta”ya qarşı keçirdiyi oyun (4:1) Luka Modriç üçün əlamətdar olub.

İdmanxeber.az-ın məlumatına görə, sözügedən qarşılaşma xorvatiyalı futbolçunun Madrid təmsilçinin heyətindəki 439-cu oyunu olub. O, artıq “Kral klubu”nda ən çox forma geyinən dörd futbolçudan biridir.

36 yaşlı yarımmüafiəçi eyni zamanda Kristiano Ronaldonu da geridə qoyub. Portuqaliyalı “Real”da 438 oyunda çıxış edib.

Madrid təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu Karim Benzemadır (608). Onun ardınca ikinci sıarada Marselo (546), üçüncü Robeto Karlosdur (527).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43