Kateqoriyasız

Ölüm təhdidi alan hakim “Viktoriya” – “Qarabağ” matçında

“Viktoriya” – “Qarabağ” komandaları arasında keçiriləcək  cavab oyununun təyinatları açıqlanıb.

İdmanxeber.az-ınməlumatına görə, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadası idarə edəcəklər. Görüşün baş hakimi FIFA referisi Artur Diaşdır. Ona Ruy Tavareşlə Paulu Soareş köməklik edəcəklər.

Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.

Hakim haqqında maraqlı bir fakt 2017-ci ildə “Pakos de Ferreira” – “Porto”  görüşündən sonra qeydə alınıb. Diaş sözügedən qarşılaşmanı idarə etdikdən iki gün sonra özü və ailəsi azarkeşlər tərəfindən ölüm təhdidi alıb.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43