Ölkə futbolu

Mövsümün antirekordu

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Viktoriya” ilə Çexiyada keçirilən ilk qarşılaşması mövsümün antorekordu ilə əlamətdar olub. 

İdmanxeber.com-un “Apasport”a istinadən verdiyi məlumata görə, 2016/17 mövsümündə ilk dəfə Azərbaycan klubu avrokubok matçını çərçivəyə zərbə vurmadan bitirib.

 

Belə ki, “Qarabağ” 90 dəqiqə ərzində Plzen təmsilçisinin qapısını dəqiq nişan ala bilməyib. 15 dəqiqə azlıqda da qalan rəqiblə matçadək təmsilçilərimiz belə uğursuzluq yaşamamışdı. Mövsümün əvvəlki 14 görüşündə klublarımız ən azı 2 dəfə çərçivəyə düşmüşdü.

 

Bunadək antirekord iki matça təsadüf etmişdi. “Daçiya” – “Kəpəz” və “Qarabağ” – “Düdelanj” qarşılaşmalarında təmsilçilərimiz 2 zərbəylə kifayətlənmişdi.

 

Qeyd edək ki, mövsümün rekordu “Samtredia” ilə ev oyununda 8 dəfə dəqiq zərbə vurub, bunun 5-də qola sevinən “Qəbələ”yə məxsusdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43