Ölkə futbolu

“Qarabağ” tilsimi qırdı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində uduzmayan ilk Azərbaycan klubu “Qarabağ” oldu.

İdmanxeber.com “Apasport”a istinadla xəbər verir ki, Çexiyanın “Viktoriya”sı ilə heç-heçə edən “atlılar” özünün 3-cü, təmsilçilərimizin 5-ci cəhdində buna nail olub.

İndiyə qədər qitənin ən nüfuzlu klub turnirində 3-cü təsnifat mərhələsində səfərdə meydana çıxan komandalarımız qol vura bilmədən məğlub olublar. 

2009-cu ildə “Bakı” “Levski”dən 2, 2012-ci ildə “Neftçi” İsrail “Hapoel”indən 4 cavabsız qol buraxıb.

Son iki ildə isə “Qarabağ” səfərdə “Zaltsburq”dan 2, “Seltik”dən 1 cavabsız qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43