Ölkə futbolu

Kapitan danışdı: “Qarabağ”ı qol buraxmadan məğlub etmək istəyirdik”

“Qarabağ”ı qol buraxmadan məğlub etmək istəyirdik. Bu vəzifənin öhdəsindən tam gələ bilmədik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çexiyanın “Viktoriya” klubunun kapitanı Roman Hubnik deyib.

 

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ev oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “Bu oyunda əldə etdiyimiz nəticə cavab oyunu üçün ümidvericidir. Səfərdə bizə qol vurmaq lazım olacaq. Rəqib evdə oynadığından irəli atılacaq və bizə əks-hücum üçün boşluqlar yaranacaq. Bizim də istədiyimiz elə budur. Geridə qalan matça gəlincə, biz çox yaxşı oynadıq, pressinq etməyə çalışdıq. Bu da rəqibə sürətli əks-hücum imkanları verdi. Amma onları da zərərsizləşdirdik. Cavab oyunu öncəsi mərhələ keçmək şansları yarıbayarıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43