Kateqoriyasız

Namik Ələskərovlu “Bursaspor”dan heç-heçə

Türkiyə I Liqasında 31-ci turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” doğma meydanda “Gənclərbirliyi” ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb.

Namik Ələskərov da bu görüşün iştirakçısı olub. 27 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.

31 turdan sonra 32 xal toplayan “Bursaspor” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43