Ölkə futbolu

“Neftçi” və “Sumqayıt”ın futbolçuları millidə

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət komandası 2016-cı il avqustun 14-dən 23-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. 

İdmanxeber.com-un məlumatına görə, bu səbəbdən “Sumqayıt”ın 2 – Tural Bayramlı və Əli Əliyev, “Neftçi”nin isə 3 üzvü Pilağa Mehdiyev, Anton Krivostsyuk və Ərziman Rizvanov U-19 millisinə dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43