Misli Premyer Liqasının 9-cu turu çərçivəsində sabah “Turan Tovuz”la qarşılaşacaq “Neftçi” bölgə təmsilçisi ilə oyuna itkilərlər çıxacaq.
Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev İdmanxeber.az-a açıqlamasında bildirib ki, milli düşərgəsində zədələnən Eddi İsrafilovun sabahkı matçda oynayıb-oynamayacağı sual altındadı:
“Eddi İsrafilov milli düşərgəsində zədə almışdı. O, “Qarabağ”la matça da iynə vasitəsi ilə çıxmışdı. Eddinin “Turan Tovuz”la matçda oynayıb-oynamayacağı sual olaraq qalır. Bundan başqa, Azər Salahlı və Sezar Meza Kollinin də məlum zədəsi var”.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – Turan Tovuz” matçı saat 19:30-da başlayacaq.

