Kateqoriyasız

“Neftçi”də daha bir itki – iki həftə olmayacaq

“Neftçi” “Sabah”la görüşə itkilərlə hazırlaşır.

Klubdan “İdmanxeber”ə verilən məlumata görə, zədəsi davam edən Azər Əliyev sözügedən oyunu buraxacaq. Futbolçunun iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bir başqa zədəli oyunçu Donyo Qodsveyin durumu isə bəlirsizliyini qoruyur. 28 yaşlı futbolçunun oynayıb-oynamayacağına görüş günü aydınlıq gələcək.

Xatırladaq ki, klub daha öncə Azər Salahlının əməliyyat olunduğunu və 3 ay meydanlardan uzaq qalacağını açıqlayıb.

“Sabah” – “Neftçi” qarşılaşması avqustun 20-də saat 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43