Kateqoriyasız

“Qarabağ”ın Çexiya planı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Viktoriya” ilə qarşılaşacaq “Qarabağ”  avqustun 22-i Çexiyaya yollanacaq.
İdmanxeber.az-ın məlumatına görə, komandanı Praqa şəhərinə aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda “Qarabağ”ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-ü Bakı vaxtı ilə 23:00-da baş tutacaq. İlk matç 0:0 hesabı ilə yekunlaşıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43