Topaz Premyer Liqasının IV turunda “Neftçi” öz meydanında “Keşlə”ni qəbul edir.
8-ci km stadionunda keçirilən bağlanış oyunu “ağ-qaralar”ın bu mövsüm ilk ev matçıdı. “Neftçi” matç öncəsində azarkeşlərindən birinə maraqlı jest edib. Komandanın fiziki qüsurlu fanatı da komandalarla birgə meydana çıxıb.
Klubun televiziyası bir neçə gün əvvəl Səfər adlı həmin azarkeşlə bağlı video hazırlamışdı.


