Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi: “Azarkeşlərdən üzr istəyirəm”

“Hər şey qarşılaşmaya köklənməkdən asılıdır. Biz başqa cür davranmalı, mübarizə aparmalı və özümüzü qurban verməliyik”.

İdmanxeber.az-ın məlumatına görə,  bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Kiprdə “Aris”ə 0:2 hesabı ilə uduzduqları  oyundan sonra mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Hər şeyi etməliyik ki, növbəti oyunda istəyimizə çataq. İkinci matç daha fərqli olacaq. Biz evdə oynayacağıq. Rəqibi sıxmağa və aqressiv oynamağa çalışacağıq. Şans yarandıqda isə qollar vurmalıyıq. Komandada döyüşkən ruh olmalıdır. Futbolçular özlərinə inanmalıdırlar. Çünki “Neftçi” üçün oynayırlar. Bu, böyük tarixi olan klubdur”.

47 yaşlı mütəxəssis cavab oyunu haqda ümidli danışıb: “Bakıda uduzacagımız bir şey qalmayıb. Mütləq qalib gəlməliyik. Azarkeşlər narazılıqda haqlıdır, onlardan üzr istəyirəm. Ancaq onu da əlavə edim ki, onlara cavab oyunda ehtiyacımız var”.

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43