Kateqoriyasız

“Ötən mövsümdəki “Zirə” daha yaxşı idi” – “Makkabi”nin baş məşqçisi

“Möhtəşəm oynamadıq. Qələbə qazanmalı idik və bacardıq. Pis formada deyilik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Makkabi” (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Bakıda “Zirə”yə 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 45 yaşlı serbiyalı daha sonra belə davam edib:

“Bəlkə də “Zirə” getdikcə daha yaxşı olacaq. Ötən mövsüm izlədiyim komanda deyildi. Məsələn, “Qarabağ”a qarşı daha yaxşı oynamışdılar. Bəlkə də bu ilk rəsmi matç keçirmələrindən irəli gəlir. Cavab görüşü duelin ikinci hissəsi olacaq”

Qeyd edək ki, cavab görüşü iyulun 28-də Təl-Əvivdə oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43