23 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubunun baş məşqçisi bəlli oldu

“Vulverhempton”un yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqa klubunu Rob Edvards çalışdıracaq. Uelsli mütəxəssislə 4 illik müqavilə imzalanıb.

“Qurdlar” 42 yaşlı məşqçi üçün “Midlsbro”ya 3 milyon funt-sterlinq təzminat ödəyib. Edvards, Vitor Pereyranın yerini tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43