Kateqoriyasız

“Qəbələ” “Fehervar”la oyunlara kimi daha 2 transfer reallaşdıracaq

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Qəbələ” transfer çalıçmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “qımızı-qaralar” “Fehervar”la oyunlara kimi azı daha iki transfer reallaşdırmaq niyyətindədi. Klub hücum və yarımmüdafiə mövqeyindəki çatışmamazlığı aradan qaldırmaq istəyir. Buna görə də, əyalət təmsilçisi sözügedən zonalara legioner axtarışlarını davam etdirir.

Ad açıqlanmasa da, bir neçə futbolçu ilə danışıqlar gedir və yaxın günlərdə hansı futbolçu ilə razılıq əldə olunduğu barədə rəsmi məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43